Müxalifətçi deputatlar üçün müəyyən səlahiyyətlərin verilməsi üzrə reqlamentə planlaşdırılmış dəyişiklikləri prosedur komitəsi bu gün müzakirə edəcək
Müxalifətçi deputatlar üçün müəyyən səlahiyyətlərin verilməsi üzrə reqlamentə planlaşdırılmış dəyişiklikləri prosedur komitəsi bu gün müzakirə edəcək

Müxalifətçi deputatlar üçün müəyyən səlahiyyətlərin verilməsi üzrə reqlamentə planlaşdırılmış dəyişiklikləri prosedur komitəsi bu gün müzakirə edəcək. Deputatlar layihə üzrə ilk dinləmə ilə müzakirə edəcəklər. Layihə cari həftə növbədənkənar sessiyaya çıxarılacaq. Qanunvericilik təklifləri sürətləndirilmiş qayda ilə müzakirə olunur.

Prosedur Komitəsinin sədri, İrakli Kadaqişvilinin açıqlamasına görə, çoxluq tərəfindən hazırlanmış qanunlayihə fraksiyasız deputatlarıa imkan verəcək ki, Parlament həyatına tamhüquqlu qatılsınlar. Elə onun dediyinə görə, dəyişikliklər yaranmış vəziyyətdən irəli gəlir və yalnız onuncu çağırış parlamentinə aiddir.

Dəyişikliyə əsasən, vetse-spiker namizədliyini təqdim etmə hüququ parlament müxalifətinə daxil olan fraksiyasız parlament üzvü qrupunun olacaq. Həmçinin, komitə sədrinin bir müavini namizdəliyini təqdim etmə hüququ parlament müxalifətinə daxil olan fraksiyanın, və ya fraksiyasız parlament üzvlərinin ən azından dörd nəfərlik qrupunun olacaq. Bundan başqa, fraksiyasız deputatların hüququ olacaq ki, siyasi debatlara qoşulsunlar və qanunlayihənin müzakirəsi zamanı iştirak etsinlər, həmçinin interpelasiya proseduru çərçivəsində.

Reqlamentdə hazırlanmış dəyişikliklərdə deyilir ki, qeyd olunan dəyişikliklər yalnız onuncu çağırış Parlamentinə aiddir

 

Şərh yaz