“Müxalifət Alyansı”nın təşkilatçılığı ilə yürüş keçirilir
“Müxalifət Alyansı”nın təşkilatçılığı ilə Tbilisidə yürüş keçirilir.
Yürüşün iştirakçıları Tbilisi Dövlət Universitetindən Azadlıq Meydanına doğru gedirlər.
Yürüş başlamazdan əvvəl “Müxalifət Alyansı”nın liderlərindən biri Nika Qvaramia çox sayda insanın çıxması və vacib qərarların birlikdə qəbul edilməsinin vacib olduğunu bildirib.
“Bir-birimizi yenidən görmək məqsəddir. Məqsəd ölkə daxilində və ölkə xaricində hamının bizi görməsidir. Məqsəd bir növ yenidən başlamanın olmasıdır, o cümlədən ilk növbədə bir çox insanın birlikdə çıxması və mühüm qərarların birlikdə qəbul edilməsi ilə. Bu, siyasətçilər tərəfindən planlaşdırılmış aksiyadır, lakin qərarları birlikdə qəbul etməli və müəyyən olunmuş yolda birlikdə addımlamalıyıq. Ümid edirəm ki, artıq çox uğurla verdiyimiz sınağa – zamana qarşı dözümlülük sınağına – indi də say sınağını əlavə edəcəyik və həmçinin çox olacağıq. Bugünkü günə görə çox şadam, ümumiyyətlə, sizi bu gün münasibətilə təbrik edirəm. Ölkəmizin tarixində 26 May kimi günlər çox azdır. Çox böyük gündür və ümid edirəm ki, Gürcüstanın müstəqilliyi möhkəm və çox uzun müddət ayaqda duracaq, lakin bunun üçün daimi iş, daimi müdafiə, azad nəfəs almaq və müstəqillik uğrunda daimi mübarizə lazımdır” – Nika Qvaramia bildirib.

