"Müxalifət Alyansı"nın təşkilatçılığı ilə parlamentin yaxınlığında aksiya keçirilir
"Müxalifət Alyansı"nın təşkilatçılığı ilə parlamentin yaxınlığında aksiya keçirilir

 

“Müxalifət Alyansı”nın təşkilatçılığı ilə parlamentin yaxınlığında etiraz aksiyası keçirilir.

Aksiyanın iştirakçıları qanunverici orqana doğru yürüş ediblər.

Yürüş Tbilisi Dövlət Universitetinin birinci korpusundan başlayıb.

Aksiyada gürcü opera müğənnisi İrakli Murciknelinin ifası ilə Gürcüstanın dövlət himni ifa edilib.

Parlamentin yaxınlığında hazırda çıxışlar edilir. Aksiyada müxalifət liderləri iştirak edirlər və onların çıxışları da planlaşdırılıb.