Müxalif “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana bir aylıq həbs cəzası verilib
Ermənistanda müxalif “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyana bir aylıq həbs cəzası verilib.
Yerli medianın məlumatına əsasən, müstəntiqlər həm Karapetyanın, həm də “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparıblar.
Ermənistan İstintaq Komitəsinin bəyanatına əsasən, İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsində cinayət işi araşdırılır. İş çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış aparılır.
Məsələ “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə xüsusilə böyük məbləğdə maliyyə zərərinin vurulması, vəsaitlərin mənimsənilməsi və çirkli pulların yuyulması ilə bağlıdır.
İstintaq Komitəsinin məlumatında, şirkətə dəymiş ziyanın ümumi məbləğinin 64 milyard Ermənistan dramını keçdiyi deyilir.