Müctəba Xamenei - İslama qarşı düşmən əhval-ruhiyyəsində olanlar bilməlidirlər ki, Ali Laricaninin qanının tökülməsi İslam sistemini yalnız gücləndirəcək, onlar bədəl ödəyəcəklər
Müctəba Xamenei - İslama qarşı düşmən əhval-ruhiyyəsində olanlar bilməlidirlər ki, Ali Laricaninin qanının tökülməsi İslam sistemini yalnız gücləndirəcək, onlar bədəl ödəyəcəklər

 

İranın yeni ali lideri Müctəba Xamenei İranın Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin qatillərinin “bədəl ödəyəcəkləri” ilə hədələyib.

“Şübhəsiz ki, belə bir şəxsin öldürülməsi onun əhəmiyyətinin səviyyəsini və İslam düşmənlərinin ona qarşı düşmənçiliyini göstərir. İslama qarşı düşmən əhval-ruhiyyəsində olanlar bilməlidirlər ki, bu şəxsin qanının tökülməsi İslam sistemini yalnız gücləndirəcək. Əlbəttə, tökülən hər bir qanın öz bədəli var və bu şəhidlərin cinayətkar qatilləri tezliklə bunu ödəyəcəklər” – Müctəba Xamenei yazılı bəyanatında qeyd edib.

Məlumat üçün bildirək ki, İran hakimiyyəti Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin ölümünü təsdiqləyib.