Müharibənin Tədqiqi İnstitutunun proqnozuna əsasən, Kreml Trampın sülh planını rədd etməyə hazırlaşır
Müharibənin Tədqiqi İnstitutunun (ISW) proqnozuna əsasən, Kreml Trampın sülh planını rədd etməyə hazırlaşır. “ISW”nin hesabatına əsasən, bu gün Vladimer Putin və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkofun görüşü zamanı, Kremlin lideri ehtimal ki, ABŞ-Ukrayna birgə sülh təklifini rədd edəcək.
Analitiklər qeyd edirlər ki, Rusiya danışıqlarla bağlı ictimai bəyanatlardan qəsdən yayınır.
Kremlin mətbuat katibi Dimitri Peskov bildirib ki, Moskva “meqafonla danışıqlar aparmağı planlaşdırmır”.
“ISW”nin hesabatında qeyd olunub ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksei Çepa Amerika nümayəndə heyətinin ehtimal ki, 2025-ci ildə Alyaskada ABŞ-Rusiya sammitində əldə edilən razılaşmaların “fundamental təbiətini təsdiqləməli” olduğunu artıq bildirib.
“ISW”nin məlumatına əsasən, Kremlin rəsmi şəxsləri həm 28 maddəlik sülh planını, həm də onun uyğunlaşdırılmış versiyalarını davamlı olaraq rədd edirlər, çünki onlar Rusiyanın “maksimalist hərbi tələblərini” nəzərə almırlar.