Müharibə Tədqiqatları İnstitutu – Kaxovka bəndinin uçması nəticəsində Dnepr çayının sol sahilindəki rusların müdafiə mövqeləri də məhv edilib
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Kaxovka bəndinin uçması nəticəsində Dnepr çayının sol sahilindəki rusların müdafiə mövqeləri də məhv edilib. Əsasən Qolaya Pristani və Alioşka yaxınlığındakı mövqeləri.
İnstitutda güman etdiklərinə görə, ərazilərin sürətlə su altında qalması səbəbindən Rusiya qüvvələri geri çəkilməyə məcbur oldular.
İşğalçı qüvvələr qeyd olunan ərazilərdən əsasən Xerson və digər yaşayış məntəqələrini atəşə tutmaq üçün istifadə edirdilər.