Müqəddəs Üçlük Kafedral Kilsəsində İkinci İliyanın mülki vida mərasimi davam edir
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisinin arxiyepiskopu, Biçvinta və Tsxum-Abxaziyanın mitropoliti İkinci İliyanın xatirəsini anmaq məqsədilə Müqəddəs Üçlük (Sameba) Patriarxal Kafedral Kilsəsində mülki vida mərasimi davam edir.
İkinci İliya dünən Patriarxlıqdan Müqəddəs Üçlük kilsəsinə matəm yürüşü ilə gətirilib. Burada Patriarxal taxtın müvəqqəti rəhbəri, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) Müqəddəs Sinod üzvləri ilə birlikdə onun ruhuna ithaf olunan dini mərasimi icra edib.
İkinci İliyanın xatirəsini yad etmək üçün Müqəddəs Üçlük Patriarxal Kafedral Kilsəsi 24 saat açıq olacaq.
Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İliya martın 17-də, 93 yaşında vəfat edib. Patriarxın vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
İkinci İliya martın 22-də Sioni Kafedral Kilsəsində dəfn olunacaq.