Müfə Şio Maka Boçorişvilini qəbul edib.
Məlumatı Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti yayıb.
Bildirilib ki, görüşdə xaricdə yaşayan gürcü diasporu ilə planlaşdırılan görüşlər müzakirə olunub. Bu tədbirlər Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi ilə əlaqədar keçiriləcək.
Qeyd olunur ki, mayın 1-də Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) Gürcüstan Patriarxlığında xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.
Görüşdə həmçinin Çiatura və Saçxere mitropoliti Daniyel (Datuashvili) və Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, arximandrit Andria Jagmaidze də iştirak ediblər.