Müəyyən kateqoriyadan olan vətəndaşlar sentyabrın 5-dək şəxsiyyət vəsiqəsini güzəştli qiymətə ala biləcəklər
Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi müəyyən kateqoriyadan olan vətəndaşlar üçün bu gündən elektron şəxsiyyət vəsiqəsinin güzəştli qiymətə verilməsi ilə bağlı aksiya elan edir, bu sentyabrın 5-dək davam edəcək.
Qurumun məlumatına əsasən, sənəd 10-cu iş günü yarı qiymətə veriləcək, sənəd üçün lazım olan fotoşəkil isə pulsuz olacaq.
Xidmətlərin İnkişafı Agentliyinin məlumatına əsasən, aksiyanın məqsədi vətəndaşların elektron sənədlə təmin edilməsi və seçki siyahılarının təkmilləşdirilməsidir.
Elektron şəxsiyyət vəsiqəsini yarı qiymətə alacaqlar:
“Heç vaxt elektron şəxsiyyət vəsiqəsi almamış yetkinlik yaşına çatmış vətəndaşlar; elektron şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitdiyinə görə ləğv edilmiş və ya cari ilin oktyabrın 5-ə qədər ləğv ediləcək və etibarlı biometrik pasportu olmayan yetkinlik yaşına çatmış vətəndaşlar; oktyabrın 5-dək 18 yaşı tamam olacaq və elektron şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitdiyinə görə ləğv edilmiş və ya oktyabrın 5-ə qədər ləğv ediləcək və etibarlı biometrik pasportu olmayan vətəndaşlar; oktyabrın 5-dək 18 yaşı tamam olacaq və elektron şəxsiyyət vəsiqəsi verilməmiş vətəndaşlar.
Aksiya çərçivəsində elektron şəxsiyyət vəsiqəsi 10-cu iş günü yarı qiymətə veriləcək, sənəd üçün lazım olan fotoşəkil isə pulsuz olacaq.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərində, Ədliyyə Evinin filiallarında və səyyar ədliyyə evlərində şəxsiyyət vəsiqəsi ilə bağlı müraciət edilə bilər” – Xidmətlərin İnkişafı Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.