Müdafiə Qüvvələrinin Maddi-Texniki Təminat Komandanlığının müvafiq texnikası təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub
Müdafiə Qüvvələrinin Maddi-Texniki Təminat Komandanlığının müvafiq texnikası təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub

 
Müdafiə Qüvvələrinin Maddi-Texniki Təminat Komandanlığının müvafiq texnikası, xüsusən tırtıllı və xüsusi mühəndis texnikası Quriya bölgəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.

Müdafiə Nazirliyinin məlumatına əsasən, əlavə texnikanın daşınması bu vaxta qədər davam edir.

Müdafiə Qüvvələri Qərbi Gürcüstanda güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin əmrinə əsasən qoşulub.

Bununla yanaşı, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin üzvləri ilə birlikdə Quriya bölgəsinə gedib. Gürcüstan hökumətinin başçısı hazırda Ozurqetidə Quriya bölgəsi üzrə dövlət müvəkkilinin administrasiyasında Koordinasiya Qərargahı ilə görüş keçirir.