Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili Fransanın səfiri Olivie Kurto və müdafiə attaşesi Filip Qrusenmeier ilə görüşüb
Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili Fransanın səfiri Olivie Kurto və müdafiə attaşesi Filip Qrusenmeier ilə görüşüb

 

Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-leytenant Qiorqi Matiaşvili Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Olivie Kurto və müdafiə attaşesi, 2-ci dərəcəli kapitan Filip Qrusenmeierə ev sahibliyi edib.

Tərəflər tanışlıq məqsədli görüşdə Gürcüstan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri haqda danışıblar və gələcək perspektivləri nəzərdən keçiriblər.

Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstəyə görə Fransa tərəfinə təşəkkür edib.

Məlumatı Müdafiə Nazirliyi yayır.