Yanvarın 14-də Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunur.
Bu gün ilə əlaqədar Gürcüstanın Müdafiə Nazirliyinin ərazisində və Müdafiə Qüvvələrinin hərbi bazalarında bayraq qaldırma mərasimi keçirilib.
Ölkənin milli rəmzinə hörmət əlaməti olaraq Müdafiə Qüvvələrinin hərbi qulluqçuları dövlət himninin fonunda Gürcüstan bayraqlarını təntənəli şəkildə qaldırıblar. Gürcüstanın Dövlət Bayrağı Günü yanvarın 14-də, Gürcüstanın Dövlət Bayrağı haqqında Gürcüstanın Üzvi Qanununun qəbul edildiyi gün qeyd olunur.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.