Müdafiə Nazirliyinin Kibertəhlükəzsizlik Bürosunun nümayəndələri NATO-nun kibertəlimində iştirak edirlər
Müdafiə Nazirliyinin Kibertəhlükəzsizlik Bürosunun nümayəndələri NATO-nun kibertəlimində iştirak edirlər

Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun nümayəndələri NATO Kooperativ Kiber Müdafiə Mərkəzi CCDCOE tərəfindən təşkil edilən “Locked Shields 2022” kibertəlimində iştirak edirlər.

“Locked Shields” “CCDCOE” tərəfindən təşkil edilən illik real vaxt rejimində məlumat və kommunikasiya sistemlərinin təhlükəsizliyi üzrə təlimdir.

Təlim, iştirakçı komandaların kibermüdafiə imkanlarını inkişaf etdirmək məqsədi daşıyır”, – Müdafiə Nazirliyində bəyan edirlər.

Elə onların məlumatına görə, Gürcüstan, Kiber Təhlükəsizlik Bürosu kimi 2015-ci ildən təlimdə iştirak edir. Bu il Gürcüstan qrupu ABŞ-ın texniki qrupu ilə birlikdə Estoniya yığmasında təmsil olunur.