Müdafiə Nazirliyi və İctimai İşlər İnstitutu arasında memorandum imzalandı
Müdafiə Nazirliyi və İctimai İşlər İnstitutu arasında memorandum imzalandı

Gürcüstan Müdafiə Nazirliyi və Gürcüstan İctimai İşlər İnstitutu (GIPA) arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalandı.

Sənədi Müdafiə nazirinin müavini, Qriqol Giorqadze və GIPA-nın rektoru, Marine İoseliani imzaladılar. Əməkdaşlıq memorandumu Nazirliyin əməkdaşlarının və tələbələrin peşəkar bacarıqlarının inkişafına kömək edəcək birgə təhsil proqramlarının planlaşdırılması məqsədini daşıyır.

Memorandum çərçivəsində idarənin prioritetlərinə və ehtiyaclarına uyğun olaraq, Müdafiə Nazirliyinin nümayəndələrinin peşə hazırlığı, onlar üçün elmi-tədqiqat görüşlərinin təşkili və proqramlara cəlb olunması nəzərdə tutulur.

Müdafiə Nazirliyi də öz növbəsində tələbələrə idarənin tabeliyində olan struktur bölmələrində stajirovka  və təcrübə keçmək imkanı yaradacaq.

Əməkdaşlıq sənədi əsasında Nazirliyin ekspertləri tərəfindən universitet tələbələri və akademik personal üçün seminarlar təşkil olunacaq. Gürcüstanın Müdafiə Nazirliyi təhsil müəssisələri və ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.