Müdafiə Nazirliyi - Müdafiə Qüvvələri Qərbi Gürcüstanda güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə qoşulur
Müdafiə Qüvvələri Qərbi Gürcüstanda güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə qoşulur. Müvafiq əmri Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib.
Qərb komandanlığının bölmələrinin hərbi qulluqçuları artıq xüsusi texnika ilə güclü qarın yaratdığı problemləri həll edir və əhaliyə yardım göstərirlər.
Müdafiə nazirinin əmri ilə fövqəladə vəziyyətə cavab verilməsinə dəstək məqsədilə Müdafiə Qüvvələrindən Qərb və Şərq, Xüsusi Əməliyyatlar, Qoşunların Maddi-Texniki Təminatı, eləcə də Təlimlər və Hərbi Təhsil Komandanlıqlarının bölmə və xüsusi texniki vasitələri ayrılıb.