Müdafiə Nazirliyi import edilmiş döyüş sursatlarının yerli istehsalla əvəz edilməsi üzərində işləyir
Müdafiə Nazirliyi import edilmiş döyüş sursatlarının yerli istehsalla əvəz edilməsi üzərində işləyir

Gürcüstan Müdafiə Nazirliyi import edilmiş döyüş sursatlarının yerli istehsalla əvəz edilməsi üzərində işləyir.

“Delta İnternational”-ın Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, danışıqlar aktiv mərhələdədir və xarici partnyorlarla istehsal prosesinin başlanması planlaşdırılır.

“Biz amunisiya ilə bağlı yeni birgə müəssisənin açılması ilə bağlı danışıqlar aparırıq. Biz danışıqlar prosesini ilin sonuna qədər başa çatdırmağa çalışırıq. Söhbət həm kiçik çaplı, həm də iri çaplı döyüş sursatlarının istehsalından gedir. Bir neçə şirkətlə danışıqlar aparırıq. Bizim marağımız “Delta” ərazisində mümkün qədər çox müştərək müəssisə yaratmaqdır. Hazırda biz tamamilə idxaldan asılıyıq. Biz bunu yerli istehsalla əvəz etmək istəyirik. Bunun üçün əsasımız və dəstəyimiz də var”, – “Delta İnternational”-ın direktoru, Zurab Cavelidze bəyan etdi.