Müdafiə nazirinin müavini Qriqol Qiorqadze "Ramstein" formatının onlayn görüşündə iştirak edib
Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Qiorqadze “Ramstein” formatının onlayn görüşündə iştirak edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, 30-cu görüşə Birləşmiş Krallığın müdafiə dövlət katibi Con Hill və Almaniyanın müdafiə naziri Boris Pistorius rəhbərlik edirdilər. Ukraynanın müdafiə naziri Denis Şmiqal iclasın iştirakçıları qarşısında çıxış edib.
Qurumun məlumatına əsasən, beynəlxalq qrupun üzvləri Ukraynada davam edən müharibə ilə bağlı vəziyyəti nəzərdən keçiriblər. Alyansa üzv və tərəfdaş ölkələrin müdafiə qurumlarının rəhbərləri və yüksək səviyyəli rəsmi şəxslər görüşdə iştirak ediblər.
“Ramstein” formatı Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə 2022-ci ilin aprelində yaradılıb, 2025-ci ilin fevralın 13-dən isə Birləşmiş Krallıq Almaniya ilə birlikdə onu koordinasiya edir.