Azərbaycan-Türkiyə-Gürcüstan Üçtərəfli Müdafiə Ministerialı çərçivəsində müdafiə naziri Cyuanşer Burçuladze türkiyəli həmkarı ilə ikitərəfli görüş keçirdi. Hulusi Akar ilə görüşdə tərəflər bölgənin təhlükəsizlik siyasəti və ikitərəfli əməkdaşlığın istiqamətlərini müzakirə ediblər. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.
Görüşdə Türkiyə və Gürcüstanda çoxmillətli hərbi təlimlərə qatılmağın vacibliyi müzakirə edilib.
Agentliyin məlumatına görə, Gürcüstanın müdafiə naziri, Müdafiə Qüvvələrinin inkişafında mühüm rol oynayan uzun illər strateji əməkdaşlıq çərçivəsində Türkiyədən alınan ekspert və maddi-texniki dəstəyə diqqət yetirdi. O, iki ölkə arasındakı strateji tərəfdaşlıq və sıx ikitərəfli əlaqələrə verdiyi şəxsi töhfəyə görə Hulusi Akara təşəkkür etdi.
Üçlü Müdafiə Ministerialı çərçivəsində Cuanşer Burçuladze artıq azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşüb.