Müdafiə naziri İrakli Çikovani Qətər Dövlətinin səfirini qəbul edib
Müdafiə naziri İrakli Çikovani Qətər Dövlətinin səfirini qəbul edib

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Qətər Dövlətinin Gürcüstandakı səfiri Əli Yusif Əbdülrəhman əl-Mulla ilə tanışlıq görüşü keçirib. Nazir onu Gürcüstanda səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

İrakli Çikovaninin sözlərinə görə, Gürcüstan üçün Qətər Dövləti ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Müdafiə Nazirliyində keçirilən görüşdə, həmçinin Qətər Dövlətinin Baş nazirinin müavini, müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman əl-Taninin dəvəti ilə Gürcüstanın müdafiə nazirinin Dohaya səfəri və həmkarı ilə görüşü məsələləri müzakirə olunub.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.