Müdafiə naziri aprelin 9-da həlak olanların xatirəsini ehtiramla yad edib
Müdafiə naziri aprelin 9-da həlak olanların xatirəsini ehtiramla yad edib

 
Gürcüstanın müdafiə naziri İrakli Çikovani baş nazir İrakli Kobaxidze, Tbilisi şəhərinin meri Kaxa Kaladze, qanunverici və icraçı hakimiyyət orqanlarının nümayəndələri ilə birlikdə 9 aprel memorialını gül-çiçəklə bəzəyib.

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili memorialda olub.

Həlak olanların ruhunun yad edilməsi üçün patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğu mitropoliti Şio (Muciri) tərəfindən anım mərasimi keçirilib. Hökumət nümayəndələri 9 apreli xalqın birlik və azadlıq rəmzi kimi bir daha xatırlayaraq həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.