"Müdafiə qüvvələrində qadınların gender perspektivlərin inteqrasiyası" təlim kursu başa çatdı
"Müdafiə qüvvələrində qadınların gender perspektivlərin inteqrasiyası" təlim kursu başa çatdı

“Tbilisi Marriot” mehmanxanasında “Müdafiə qüvvələrində qadınların gender perspektivlərin inteqrasiyası” təlim kursunun başa çatması mərasimi keçirildi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə iştirak edən ölkələrin nümayəndələrinə sertifikatlar verildi.

“Təlim kursu müdafiə sahəsində gender perspektivlərinin inteqrasiyasını öyrətmək məqsədi daşıyırdı. Beş gün ərzində iştirakçılar gender perspektivlərinin əməliyyatlara inteqrasiyası mexanizmlərini öyrənirdilər və digər ölkələrin ən yaxşı təcrübələrini paylaşdılar. Kursda Gürcüstan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Serbiyanın nümayəndələri iştirak edirdilər.

“Müdafiə qüvvələrində qadınların gender perspektivlərin inteqrasiyası” Kanada Müdafiə Nazirliyinin Hərbi Təlim və Əməkdaşlıq Direktoratı (DMTC) tərəfindən təşkil edildi”, – Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.