Mtsxeta-Şiomğvime monastır yolunun 8-ci kilometrində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Mtsxeta-Şiomğvime monastır yolunun 8-ci kilometrində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.; Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayır.
Qurumun məlumatına əsasən, hərəkətin məhdudlaşdırılmasına səbəb dağ yamacında aparılan təmizləmə işləridir.
“Respublika əhəmiyyətli Mtsxeta-Şiomğvime monastır yolunun 8-ci kilometrində alpinistlərin köməyi ilə dağ yamacının təmizlənməsi işləri aparılır. Bu səbəbdən, 2025-ci ilin sentyabrın 4-ü saat 20:00-dək yolun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti periodik olaraq, 30 dəqiqəlik fasilələrlə məhdudlaşdırılacaq” – Avtomobil Yolları Departamenti yazır.