Mtsxeta-Mtianetidə narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta Rayon İdarəsinin və Saquramo Polisinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəlcədən əlbir olan qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və satılması ittihamı ilə keçmişdə mühakimə olunmuş iki nəfəri – 1992-ci il təvəllüdlü N.Ts. və 1994-cü il təvəllüdlü A.S.-ni, həmçinin Hindistan Respublikası vətəndaşı, 2004-cü il təvəllüdlü U.A.-nı saxlayıblar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı, həmçinin onlar tərəfindən göstərilən yerlərdən sonradan satmaq məqsədilə yerləşdirilmiş 69 büküm narkotik vasitə – “Metadon” və “MDMA”-ni maddi sübut kimi götürüblər” – Daxili İşlər Nazirliyində bildirirlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci hissəsi, 260-cı 4-cü maddənin 5-ci hissəsinin “b”, “e” yarımbəndləri və 6-cı hissəsinin “a” yarımbəndi ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.