Mtkvarinin ( Kür) sol sahilində zədələnmiş yol hissəsinin möhkəmləndirilməsi işləri aparılır, hərəkət mayın sonuna kimi bərpa olunacaq
Mtkvarinin ( Kür) sol sahilində zədələnmiş yol hissəsinin möhkəmləndirilməsi işləri aparılır, hərəkət mayın sonuna kimi bərpa olunacaq

 

Mtkvarinin ( Kür) sol sahilində “Qaqra” restoranının yaxınlığında yolun zədələnmiş hissəsinin və piyada zolağının möhkəmləndirilməsi işləri aparılır. Artıq ərazidə tikinti meydanı yaradılıb və geoloji tədqiqatlar aparılır.

Paytaxtın meri Kaxa Kaladze mer müavini İrakli Bendeliani ilə birlikdə
davam edən iş prosesinə baxış keçirib.

“Yolun çökdüyü Mtkvarinin ( Kür) sol sahilində işlər aparılır. İlk növbədə iş meydanı hazırlanıb. Bol sululuq müəyyən problemlər yaradır. Yaz fəslidir və Mtkvari daşıb, bu isə müəyyən dərəcədə işlərin gedişatına maneə olur. Hazırda geoloji tədqiqatlar aparılır ki, hansı tip xovlu (svaylı) divarın inşa olunacağı müəyyənləşdirilsin. Bizim üçün bu işləri tez bir zamanda başa çatdırmaq vacibdir. Müvafiq olaraq, yolun hərəkət hissəsinin bərpası may ayının sonuna qədər tamamlanacaq və avtomobillərin hərəkəti sərbəst olacaq. Xovlu (svaylı) divarın qurulmasına gəlincə, işlərin tamamlanması suyun səviyyəsindən asılıdır” – Kaxa Kaladze bildirib.

Mtkvarinin (Kür) sol sahilində mövcud yolun hərəkət hissəsinin birinci zolağı və piyada zolağında bir neçə gün əvvəl təxminən 50 metrlik hissədə çatlar qeydə alınıb. Çayın sahilqoruyucu divarı da deformasiyaya uğradı.

Təhlükəsizlik məqsədilə qabaqlayıcı tədbirlər operativ şəkildə həyata keçirildi – deformasiyaya uğramış perimetrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı və təcili, qabaqlayıcı və sığortalayıcı xarakterli işlərin aparılmasına başlanıldı.

Milli Ətraf Mühit Agentliyinin və Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun mütəxəssislərinin fikrincə, yol hissəsində mövcud vəziyyətə torpaqda yeraltı və səth sularının sızması səbəb olub. Bununla yanaşı, Mtkvarinin (Kür) sahil müdafiə konstruksiyalarına təsiri və yeraltı suların səviyyəsinin mövsümi dəyişkənliyi də vəziyyətə təsir göstərib.

Dəyəri beş milyon lari olan işləri Tbilisi Meriyasının sifarişi ilə “Black Sea Group” şirkəti həyata keçirir.

Paytaxtın meri ilə yanaşı, Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze, MMC “Tbilservice Group”un rəhbəri Qiorqi Papava və Didubenin majoritar deputatı Qivi Çxartişvili ərazidə olublar.