Mtkvarinin (Kür) sol sahilində, “Qaqra” restoranının yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

17:57, 07.04.2025

 

Mtkvarinin (Kür) sol sahilində, “Qaqra” restoranının yaxınlığındakı ərazidə, yolun hərəkət hissəsində çatlar qeydə alınır, bunun üçün təxirəsalınmaz işlərin görülməsi zəruridir – bu haqda məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

“Təhlükəsizlik məqsədilə cari ilin aprelin 7-dən yolun zədələnmiş hissəsində, ən sağ zolaqda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.

Oxşar