Mtkvari çayının (Kür) sol sahilində bir hərəkət zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

20:26, 03.11.2026

 

Tbilisi Meriyasının məlumatına əsasən, Mtkvari çayının (Kür) sol sahilində Kosmonavtlar sahili 13a ünvanının yaxınlığında çay sahilinin bərkitmə işlərinə başlanılır.

“Planlaşdırılan işlərə görə, noyabrın 5-i saat 00:00-dan etibarən üç ay ərzində yolun hərəkət hissəsinin bir zolağında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – məlumatda qeyd olunub.

Oxşar