Mtkvari çayında Ortacala SES-in tağvari körpüsünün tam bərpasına başlanılacaq
Mtkvari çayında Ortacala SES-in tağvari körpüsünün tam bərpasına başlanılacaq

 

Mtkvari çayında iyunun 28-dən Ortacala SES-in tağvari körpüsünün tam bərpasına başlanılacaq.

Bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin bugünkü iclasında deyib.

O bildirib ki, qeyd olunan işlər dörd ay ərzində davam edəcək.

“Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti daha bir mühüm işlərə başlayır. Layihə çərçivəsində körpünün hərəkət hissəsi söküləcək, konstruksiya, kanalizasiya sistemi qurulacaq və hidroizolyasiya işləri aparılacaq. Həmçinin, zədələnmiş məhəccərlər bərpa olunacaq və onun konstruksiyaları möhkəmləndiriləcək. Köhnə küçə işıqlandırma dirəkləri dəyişdiriləcək və müasir, enerji baxımından səmərəli LED lampaları qoyulacaq, səkilər yenilənəcək” – Kaxa Kaladze qeyd edib.