Mtirala Milli Parkı "Gürcüstanın Aparıcı Milli Parkı 2020" titulunu qazandı
Dünya turizminin 2020-ci ilin “World Travel Awards”-un sıra ilə 27-ci mükafatlandırılmasında, Mtirala Milli Parkı “Gürcüstanın Aparıcı Milli Parkı 2020” mükafatını qazandı.
Bu barədə məlumatı Qorunan Ərazilər Agentliyi yayır.
Elə onların məlumatına görə, dünya turizm sənayesi mükafataının qazanılması üçün, Mtirala Parkı ilə Borcom-Xaraqauli Milli Parkı, Kazbeqi Milli Parkı, Kolxeti Milli Parkı və Laqodexi Milli Parkı rəqabət aparırdı.
Mtirala Milli Parkına 24 sentyabra qədər dünyanın bütün ölkələrindən istənilən şəxs tədbirin rəsmi veb-səhifəsində səs verə bilərdi.
“World Travel Awards”-un mükafatlandırlması 1993-cü ildən keçirilir və onun məqsədi sənayenin bütün sahələrindən ən yaxşısının aşkar edilməsidir. Yüzlərcə nominasiya və və minlərcə nominant, qitə və ölkələrə müvafiq olaraq, müxtəlif kateqoriyalara bölünüb. Bu kateqoriyalar: aparıcı mühmanxanalar, səyahət agentlikləri, səyahət atraksiyionları, istiqamətlər, turoperatorlar, həmçinin, dəniz, quru, hava nəqliyyatı şirkətləri və başqadır.
“Batumidən 30 kilometrdə yerləşən Mtirala Milli Parkı 2007-ci ildə açıldı. Gürcüstanda ən yağmurlu yerdədir və buna görə, adı “Mtiraladır”. Parkın ərazisi nadir meşə və kol ilə əhatə olunub. Mtirala Milli Parkı vizitorlara rəngarəng eko-turust servislərini təklif edir”, – Agentliyin məlumatında deyilir.