Mtasmindada, "Tbilisi Prayda" qarşı aksiyada polis 17 nəfər yaxaladı
Mtasmindada, "Tbilisi Prayda" qarşı aksiyada polis 17 nəfər yaxaladı

Mtasminda ərazisində keçirilən “Tbilisi Prayda” qarşı aksiyada polis 17 nəfər yaxaladı.

Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan etdilər.

İdarənin məlumatına görə, 17 nəfərin hamısı İnzibati Xətalar Məcəlləsinin 173-cü, yəni polis əməkdaşının qanuni tələbinə tabe olmama maddəsi əsasında həbs edildi.

Bununla yanaşı, Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, “Tbilisi Prayda” qarşı etiraz aksiyasının iştirakçıları hazırda Mtatsminda ərazisini tərk edirlər və aksiyanı Parlament binası qarşısında davam etdirməyi planlaşdırırlar.