MSX – Yanvar-Aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 15.3% artıb
Gürcüstanın Milli Statistika Xidmətinin ilkin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında (bəyannamə olunmamış ticarət istisna olmaqla) ölkənin xarici ticarət dövriyyəsi 7 755.7 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.3% artım deməkdir.
MSX-nın məlumatına görə, bu dövrdə ixracın həcmi 2 014.4 milyon ABŞ dolları olub – bu göstərici 14.2% artıb. İdxal isə 5 741.3 milyon ABŞ dollarına çatıb – artım 15.7% təşkil edib.
2025-ci ilin yanvar-aprel aylarında xarici ticarət balansı mənfi 3 726.9 milyon ABŞ dolları təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 48.1%-ni təşkil edir.