Gürcüstanda 2024-cü ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM-in real artımı 6,7 faiz təşkil edib.
Bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
MSX-nın məlumatına görə, ötən il orta real artım 9,5 faiz səviyyəsində müəyyən edilib.
2024-cü ilin dekabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə aşağıdakı sektorlar artıma əhəmiyyətli töhfə verib:
Maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat və anbar, ticarət, informasiya və rabitə. İstehsal sektorunda azalma tendensiyası müşahidə olunub.