MSX – 2025-ci ilin ikinci rübündə kənd təsərrüfatı məhsullarının dəyəri illik müqayisədə 12.8 faiz artdı
MSX – 2025-ci ilin ikinci rübündə kənd təsərrüfatı məhsullarının dəyəri illik müqayisədə 12.8 faiz artdı

 

Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə kənd təsərrüfatı məhsullarının vahid dəyərinin indeksi əvvəlki rüblə müqayisədə 2.0 faiz azalıb.

MSX-in bildirdiyinə əsasən, bu dəyişiklik əsasən diri heyvanların və heyvan mənşəli məhsulların dəyərinin 7.3 faiz azalması ilə bağlıdır ki, bu da ümumi indeks dəyişikliyinə -4.08 faiz bəndi təsir göstərib.

Eyni zamanda, qurumun hesabatına görə, əvvəlki ilin müvafiq rübü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının vahid dəyərinin indeksi 12.8 faiz artıb. İndeksin artımı əsasən diri heyvanların və heyvan mənşəli məhsulların dəyərinin 20.1 faiz yüksəlməsi ilə bağlıdır ki, bu da ümumi indeks dəyişikliyinə 9.11 faiz bəndi əlavə edib.

Həmin dövrdə çoxillik bitkilərin dəyəri 10.6 faiz azalıb, illik bitkilərin dəyəri isə 37.8 faiz artıb ki, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə -4.11 və 7.82 faiz bəndi təsir göstərib.