Msxetanın dörd kəndinin 24 saatlıq su ilə təmin edilməsi üçün işlər aparılır
Msxetanın dörd kəndinin 24 saatlıq su ilə təmin edilməsi üçün işlər aparılır

Su təchizatə şirkətinin məlumatına görə, Msxetanın Muxrani, Patara Kanda, Vaziani və Vardisubani kəndinin 24 saatlıq su ilə təmin edilməsi üçün işlər davam etdirilir.

Şirkətin məlumatına görə, cari layihə çərçivəsində artıq yeni su təchizatı şəbəkəsi və quyu təşkil olundu. Bu mərhələdə su anbarının və nasos stansiyasının tikintisi davam etdirilir.

“Layihə çərçivəsində nəzərdə tutulan infrastruktur işlərinin 2024-cü ilin yazında başa çatdırılması planlaşdırılır. Nəticədə yerli əhali fasiləsiz su alacaq. İşlərə dövlət büdcəsindən 16,8 milyon laridən artıq vəsait ayrılıb”, – şirkətin məlumatında deyilir.