Msxeta-Mtianeti munisipalitetinin Dzveli Kanda kəndində yeni həkim ambulatoriyası açıldı
Bu gündən Dzveli Kandada yeni açılan ambulatoriya yerli əhaliyə ilkin tibbi xidmətini yeni mühitdə göstərəcək, – bu barədə məlumarı Gürcüstan Səhiyə Nazirliyi yayır.
İdarənin məlumatına görə, ambulatoriya ilkin səhiyyə mərkəzi üçün lazım olan bütün avadanlıqla təchiz olunub və 1 700 benefisiyara xidmət göstərəcək.
Yeni ambulatoriyanı Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Xidmətini direktoru, Aleksandre Kalandiya Gürcüstan Parlamentinin Səhiyyə və Sosial Müdafiə məsələləri üzrə Komitəsinin sədri, Dimitri Xundadze və Msxeta-Mtianeti qubernatoru, David Nozadze ilə birlikdə gözdən keçirdi.