Msxeta Klinikasında bəyan edirlər ki, koronavirusdan vəfat edən 72 yaşlı kişinin yanaşı xroniki xəstəlikləri var idi
Gürcüstanda koronavirusdan vəfat edən daha bir pasiyent Msxeta Klinikasında 16 iyuldan müalicə olunurdu.
Klinikanın tibbi rəhbəri, Lika Mumladzenin bəyan etdiyinə görə, pasiyentdə xəstəlik 15 iyulda təsdiq olundu.
Lika Mumladze deyir ki, pasiyentin durumu yerləşdirilərkən ağır idi və dinamika pisləşdi.
Bununla yanaşı, Mumladzenin məlumatına görə, vəfat edənin yanaşı xroniki xəstəlikləri var idi.
Elə onun qeyd etdiyinə görə, vəfat edənin yoluxma mənbəsi məlum deyil.
Gürcüstanda koronavirusdan 16-cı pasiyent vəfat etdi.