MSK üç müxalifət birliyinin tələbini təmin etdi və onlar tərəfindən təqdim edilmiş seçki siyahılarını ləğv etdi
MSK üç müxalifət birliyinin tələbini təmin etdi və onlar tərəfindən təqdim edilmiş seçki siyahılarını ləğv etdi

 

Seçki Administrasiyası “Dəyişiklik Naminə Koalisiyası Qvaramia Melia Qirçi Droa”, “Birlik-Milli Hərəkat” və “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq Uğrunda” siyasi birliklərinin partiya siyahısı ilə təqdim edilmiş qalan namizədlərin qeydiyyatını ləğv etdi.

MSK-nın bəyanatında deyildiyi kimi, MSK qərarı sözügedən partiyaların müraciəti əsasında qanunvericiliyə uyğun olaraq qəbul edib.

“Buradaca sözügedən siyasi subyektlərin siyahıların ləğvi ilə bağlı bəyanatlarına münasibət bildirmək və demək istəyirik ki, qurumun siyahıların ləğvi haqda qərarı Seçki Administrasiyasının partiyaların seçkilərlə bağlı qiymətləndirmələrini bölüşdüyü mənasına gəlmir.
Qeyd olunan qərarları qəbul edərkən Seçki Administrasiyası yalnız Gürcüstanın seçki qanunvericiliyini rəhbər tutub. MSK siyasi partiyaların siyahıların ləğvi haqda göndərdiyi məktublarda Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr tarixli seçkiləri və sözügedən seçkilərin nəticələrinin icmal protokolu ilə bağlı səslənən siyasi mahiyyəti və əsassız qiymətləndirmələri bölüşmür. Hesab edirik ki, qeyd olunan qiymətləndirmələr siyasi gündəmdən irəli gəlir və reallığı əks etdirmir” – bəyanatda deyilir.

Eyni zamanda, MSK-da bildirirlər ki, Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr tarixli seçkiləri Gürcüstan Konstitusiyası ilə nəzərdə tutulmuş prinsiplərə tam əməl olunmaqla keçirilib və MSK tərəfindən seçkilərin nəticələrini yekunlaşdıran protokol qanuna uyğun olaraq tərtib edilib.

“Partiya siyahılarının ləğvi haqda MSK sədrinin fərman və məktubları müvafiq siyasi birliklərə göndəriləcək” – bəyanatda qeyd olunub.