MSK tərəfindən təsdiq olunan yekun nəticə ilə hansı partiyanın nə qədər mandatı var
Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, Gürcüstan Parlamentində ən çox mandatı “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının var.
MSK 2020-ci il 31 oktyabr Parlament seçkilərinin yekunlaşdırıcı protokolunu bu gün dərc etdirdi.
Mərkəzi Seçki Komissiyasının göstəricilərilə, Gürcüstan Parlamentində mandatların sayı bu cür bölüşdürüldü:
“Avropa Gürcüstanı” beş mandat, “Milli Hərəkat – Güc Birlikdədir” 36 mandat, “Vətənpərvərlər Aliyansı” dörd mandat, “Leyboristlər partiyası” bir mandat, “Vətəndaşlar” partiyası iki mandat, “Strategiya Ağmaşenebeli” dörd mandat, “Qirçi” dörd mandat, “Gürcü Arzusu-Demokratik Gürcüstan” 90 mandat, buradan 60 proporsional,30 majoritar, “Lelo” dörd mandat.