MSK seçkilərin saxtalaşdırılması haqda siyasətçilərin və ayrı-ayrı şəxslərin bəyanatları ilə əlaqədar istintaqa başlaması üçün prokurorluğa müraciət edir
MSK seçkilərin saxtalaşdırılması haqda siyasətçilərin və ayrı-ayrı şəxslərin bəyanatları ilə əlaqədar istintaqa başlaması üçün prokurorluğa müraciət edir

 

Mərkəzi Seçki Komissiyası seçkilərin saxtalaşdırılması haqda verilmiş bəyanatlar ilə əlaqədar istintaqa başlaması üçün Gürcüstan Prokurorluğuna müraciət edir.

Bu barədə MSK-nın bəyanatında qeyd olunub.

MSK-da istintaqla əməkdaşlığa və qurumda olan istintaq üçün zəruri və maraqlı məlumatı ləngimə olmadan təqdim etməyə hazır olduqlarını qeyd edirlər.

“2024-cü ilin parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra Mərkəzi Seçki Komissiyası xüsusi hücum və əsassız tənqid obyektinə çevrildi. ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının keçirilmiş seçkiləri müsbət və MSK-nın fəaliyyətini isə ən yüksək səviyyədə qiymətləndirməsinə, eyni zamanda, Amerika şirkəti tərəfindən aparılan auditin heç bir xəta tapa bilməməsinə baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili, eləcə də seçkilərdə iştirak edən bəzi siyasi partiyaların nümayəndələri əsassız olaraq MSK-ya hücum edir və əsassız ittihamlarla qurumun nüfuzuna xələl gətirməyə çalışırlar.

Seçki Administrasiyasında mövcud şikayətlərin müzakirəsinin getdiyi ictimaiyyətə məlumdur, lakin bəhsi keçən siyasətçilər tərəfindən seçkilərin “ehtimal olunan saxtalaşdırılması” ilə bağlı ittihamlar artıq daha geniş miqyas alıb.

Gürcüstan Prezidenti, siyasətçilər və ya istənilən maraqlı şəxs tərəfindən verilmiş bəyanatın və ya seçkilərin saxtalaşdırılması ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsi kompleks və obyektiv istintaq tələb edir, bu da Seçki Administrasiyasının səlahiyyətini aşır.

Qeyd olunanlardan irəli gələrək, Gürcüstan Prokurorluğuna yuxarıda bəhsi keçən bəyanatlarla əlaqədar istintaq başlatmağa və aparmağa dair təkliflə müraciət edirik. Bizim tərəfimizdən isə, istintaqla əməkdaşlığa və qurumda olan istintaq üçün zəruri və maraqlı məlumatı ləngimə olmadan təqdim etməyə hazır olduğumuzu bildiririk” – MSK-nın bəyanatında deyilir.