MSK seçkilərdə iştirak edən partiyalar və seçicilərin təşəbbüs qrupları üçün merliyə namizədlərin irəli sürülməsi qaydalarını və bununla əlaqəli mövcud yenilikləri izah edir
Seçki Administrasiyası seçkilərdə iştirak edən partiyalar və seçicilərin təşəbbüs qrupları üçün merliyə namizədlərin irəli sürülməsi qaydalarını və bununla əlaqəli mövcud yenilikləri izah edir.
MSK-nın məlumatına əsasən, Seçki Qanunvericiliyinə görə, munisipalitetin orqanları seçkiləri üçün qeydiyyatdan keçmiş partiyanın hər munisipalitet üzrə merliyə bir namizəd irəli sürmək hüququ var, seçicilərin təşəbbüs qrupunun isə yalnız bir namizəd irəli sürmək hüququ var.
“Qeydiyyatdan keçmiş partiya merliyə namizədin seçki qeydiyyatı üçün sənədləri seçki gününə ən geci 30 gün qalmış (4 sentyabr) müvafiq Dairə Seçki Komissiyasının sədrinə, Tbilisi şəhərinin meri vəzifəsinə namizəd halında isə Mərkəzi Seçki Komissiyasının sədrinə təqdim etməlidir, seçicilərin təşəbbüs qrupu isə seçki gününə ən geci 47 gün qalmış (18 avqust) təqdim etməlidir. Eyni şəxsin birdən çox munisipalitet merliyinə namizədliyinin irəli sürülməsi yolverilməzdir.
Qeydiyyatdan keçmiş partiya/seçicilərin təşəbbüs qrupu merliyə namizədin irəli sürülməsi haqqında partiyanın rəhbər şəxsi (şəxslərinin)/seçicilərin təşəbbüs qrupunun üzvlərinin imzaları ilə təsdiq edilmiş ərizəyə merliyə namizəd tərəfindən partiya mənsubiyyəti haqqında doldurulmuş və imzalanmış ərizəni əlavə etməlidir.
Partiya mənsubiyyəti haqqında ərizədə namizədin anket məlumatları (ad, soyad, Gürcüstan vətəndaşının şəxsi nömrəsi) və ərizənin doldurulma tarixi ilə birlikdə hansı partiya tərəfindən irəli sürülübsə, o partiyanın üzvü olduğu (seçkilər üçün qeydiyyatdan keçmiş partiya tərəfindən təqdim edilmə halında), və ya partiyasız olduğu göstərilməlidir, əgər namizədin qeydiyyatı haqqında ərizə təqdim edilməzdən əvvəl son 6 ay ərzində partiyanı tərk edibsə, partiyadan çıxmasının dəqiq tarixini və bu partiyanın adını göstərməyə məcburdur. Əgər namizəd “Vətəndaşların Siyasi Birlikləri Haqqında” Gürcüstanın Üzvi Qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş başqa partiyanın üzvüdürsə, partiyanın adını ərizədə göstərməlidir.
Namizədin “Vətəndaşların Siyasi Birlikləri Haqqında” Gürcüstanın Üzvi Qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş başqa partiyanın üzvü olması aşkar edilsə, merliyə namizəd seçki qeydiyyatına daxil edilməyəcək, qeydiyyatdan keçmiş namizədin seçki qeydiyyatı isə müvafiq Seçki Komissiyasının sədrinin qərarı ilə ləğv ediləcək.
Qeyd olunanlardan başqa, merliyə namizəd tərəfindən doldurulmuş və imzalanmış 1 ədəd qeydiyyat vərəqəsi, hüquqdan məhrumetmə haqqında arayış, Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin və ya Gürcüstan vətəndaşının pasportunun surəti və iki fotoşəkil ərizəyə əlavə edilməlidir. Hüquqdan məhrumetmə haqqında arayışı publik hüquqi şəxs – Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi verir. Qeydiyyat vərəqəsində hər bir namizədin : soyadı, adı; doğum tarixi (gün, ay, il); cinsi; ünvanı (Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Agentliyin məlumat bazasına əsasən); Gürcüstan vətəndaşının şəxsi nömrəsi; əlaqə telefon nömrəsi; iş yeri (əgər işsizdirsə, “işsiz” qeyd olunur); vəzifəsi (fəaliyyəti); Gürcüstanda son altı ay ərzində yaşaması faktı; müvafiq munisipalitetin meri vəzifəsinə namizədliyə razılıq; imza və imzanın tarixi qeyd olunmalıdır.
Seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş merliyə namizədin qeydiyyata alınması üçün seçicilərin təşəbbüs qrupunun nümayəndəsi səsverməyə ən geci 40 gün qalmış (25 avqust) müvafiq seçki komissiyasına merliyə namizədin dəstəkçisi olan seçicilərin siyahısını təqdim etməlidir. Onların minimal sayı seçki dairələrinə əsasən Mərkəzi Seçki Komissiyasının 2025-ci ilin 5 avqust tarixli №113/2025 fərmanı ilə müəyyən edilib” – MSK tərəfindən yayılmış məlumatda deyilir.