MSK seçkilərdə iştirak edən partiyalar üçün partiya siyahılarının təqdim edilməsi qaydalarını və məsələ ilə əlaqəli yenilikləri izah edir
MSK seçkilərdə iştirak edən partiyalar üçün partiya siyahılarının təqdim edilməsi qaydalarını və məsələ ilə əlaqəli yenilikləri izah edir

 

Seçki Administrasiyası seçkilərdə iştirak edən partiyalar üçün partiya siyahılarının təqdim edilməsi qaydalarını və bununla əlaqəli yenilikləri izah edir.

Seçki Administrasiyasında izah edirlər ki, Seçki Qanunvericiliyinə əsasən, bələdiyyə orqanları seçkiləri üçün qeydiyyatdan keçmiş partiya hər şəhər məclisi (Sakrebulo) üçün bir partiya siyahısı təqdim etmək hüququna malikdir. Partiya siyahısında şəhər məclisi (Sakrebulo) üzvlüyünə namizədlərin sayı 6-dan az və 45-dən çox, Tbilisi şəhər məclisi (Sakrebulo) üçün isə 50-dən az və 100-dən çox olmamalıdır. Qeydiyyatdan keçmiş partiya seçki gününə ən geci 30 gün qalmış (4 sentyabr) partiya siyahısını müvafiq Dairə Seçki Komissiyasının sədrinə, Tbilisi şəhər məclisi (Sakrebulo) üçün isə MSK sədrinə təqdim etməlidir.

Seçki Qanunvericiliyinə əsasən, eyni şəxsin müxtəlif partiya siyahılarına daxil edilməsi yolverilməzdir.

“Seçkilərdə iştirak edən partiya partiya siyahısını təqdim edərkən şəhər şurası (Sakrebulo) üzvlüyünə hər bir namizəd tərəfindən doldurulmuş və imzalanmış partiya mənsubiyyəti haqqında ərizəni ona əlavə etməlidir.

Partiya mənsubiyyəti haqqında ərizədə namizədin anket məlumatları (ad, soyad, Gürcüstan vətəndaşının şəxsi nömrəsi) və ərizənin doldurulma tarixi ilə birlikdə hansı partiya siyahısı ilə irəli sürülübsə, o partiyanın üzvü olduğu, və ya partiyasız olduğu göstərilməlidir, əgər partiya siyahısı/namizədin qeydiyyatı haqqında ərizə təqdim edilməzdən əvvəl son 6 ay ərzində partiyanı tərk edibsə, partiyadan çıxmasının dəqiq tarixini və bu partiyanın adını göstərməyə məcburdur. Əgər namizəd “Vətəndaşların Siyasi Birlikləri Haqqında” Gürcüstanın Üzvi Qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş başqa partiyanın üzvüdürsə, partiyanın adını ərizədə göstərməlidir.

Namizədin “Vətəndaşların Siyasi Birlikləri Haqqında” Gürcüstanın Üzvi Qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş başqa partiyanın üzvü olması və ya yuxarıda qeyd olunan qərarla müəyyən edilmiş tələblərin pozulduğu aşkar edilsə, şəhər məclisi (Sakrebulo) üzvlüyünə namizəd seçki qeydiyyatına daxil edilməyəcək, qeydiyyatdan keçmiş namizədin seçki qeydiyyatı isə müvafiq Dairə Seçki Komissiyası/MSK sədrinin qərarı ilə ləğv ediləcək.

Qeyd olunanlardan başqa, şəhər şurası (Sakrebulo) üzvlüyünə hər bir namizəd tərəfindən doldurulmuş və imzalanmış qeydiyyat vəsiqəsi iki nüsxədə, hüquqdan məhrumetmə haqqında arayış, Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin və ya Gürcüstan vətəndaşının pasportunun surəti və iki fotoşəkil partiya siyahısına əlavə edilməlidir” – MSK-nın məlumatında deyilir.

Seçki Administrasiyasında izah edirlər ki, hüquqdan məhrumetmə haqqında arayışı publik hüquqi şəxs – Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi verir.