MSK - Seçki Administrasiyasının qərarının manipulyativ şəkildə şərh olunması ilə maraqlı tərəflər cəmiyyəti çaşdırırlar
MSK - Seçki Administrasiyasının qərarının manipulyativ şəkildə şərh olunması ilə maraqlı tərəflər cəmiyyəti çaşdırırlar

 

Maraqlı tərəflər 26 oktyabr seçkiləri ilə bağlı əsassız ittihamlarını Mərkəzi Seçki Komissiyasının qərarlarını manipulyativ şəkildə şərh etməklə təsdiqləməyə çalışırlar – bu barədə MSK-nın bəyanatında deyilir.

“Bu dəfə Seçki Administrasiyasına hücumun bəhanəsi Mərkəzi Seçki Komissiyasının müxtəlif seçki sənədlərinin dizaynında dəyişiklik etmək, o cümlədən səsləri hesablayan aparatın bülleten üçün ayrılmış yuvasına örtük əlavə etmək qərarı olub. Müəyyən şəxslər bunu 26 oktyabr seçkiləri zamanı guya mövcud pozuntuların etirafı kimi şərh etməyə çalışırlar.

Xüsusilə vurğulamaq istərdik ki, bu qərar gizliliyin pozulması ilə bağlı əsassız ittihamların etirafı demək deyil. Fərmanla Seçki Administrasiyası siyasi gündəmin diktə etdiyi spekulyasiyaların qarşısını almaq üçün qabaqlayıcı qərar qəbul edib.

Cəmiyyətə izah etmək istəyirik ki, ötən seçkilərdə bəzi iştirakçı tərəflər tərəfindən seçki prosedurlarının müşahidəsi, foto və video çəkilişlərin aparılması, eləcə də seçicilərin şəxsi məlumatlarının işlənilməsi ilə bağlı qanunun pozuntularla həyata keçirilməsinin bir sıra faktları qeydə alınıb, bu da səsvermənin gizliliyi məsələsinin spekulyativ şəkildə gündəmə gətirilməsinə şərait yaratdı” – MSK-da bildirirlər.

Onların məlumatına əsasən, məhz bu faktları araşdırdıqdan sonra Seçki Administrasiyası – seçki prosesinə cavabdeh olan qurum kimi – gələcəkdə oxşar spekulyasiyaların və hərəkətlərin qarşısını almaq üçün hüquqi aktlar qəbul edib.

“Lakin, maraqlı tərəflər cəhd etdilər ki, səsvermə günü prosedurlarını dəqiqləşdirən qərarı müşahidə prosesinin məhdudlaşdırılması kimi təqdim etsinlər, səsləri hesablayan aparatın bülleten üçün ayrılmış yuvasına örtük bərkidilməsini təmin edən fərmanı isə – gizliliyin pozulmasının etirafı kimi təqdim etsinlər.

Mövcud təcrübələri nəzərə alaraq, təbii ki, biz gözləyirdik ki, bu məsələlər yenidən maraqlı tərəflər tərəfindən spekulyasiya, Seçki Administrasiyasını gözdən salmaq və cəmiyyətdə yanlış təsəvvürlər yaratmaq üçün istifadə olunacaq. Seçki Administrasiyasına hücumun sxemi artıq yaxşı bəllidir – maraqlı şəxs sosial şəbəkədə məsələni qaldırır, sonra isə bəzi qərəzli qeyri-hökumət təşkilatları, siyasi partiyaların nümayəndələri tərəfindən Seçki Administrasiyasını və ümumiyyətlə, seçki prosesini nüfuzdan salmaq üçün mövzu genişləndirilir. Sonra bütün bunlar seçkilərdə iştirak edən tərəflərin ümumi rəyi kimi, beynəlxalq tərəfdaşlara təqdim olunur, bundan sonra da maraqlı tərəflər həm seçicilərə, həm də beynəlxalq tərəfdaşlara manipulyativ şəkildə təsir göstərməyə çalışırlar” – MSK-nın bəyanatında qeyd olunub.

Seçki Administrasiyasında bildirirlər ki, Mərkəzi Seçki Komissiyasının prioriteti seçki prosesinin təkmilləşdirilməsinə qayğı göstərmək və hər növbəti seçkini daha yüksək beynəlxalq standartlarla, daha təşkilatlanmış şəkildə keçirməkdir, hətta bu, təşkilatın nüfuzdan salınması üçün bəhanə olsa belə.