MSK - Seçiciləri məlumatları vaxtında yoxlamağa və seçki məntəqələrinin harada yerləşdiyini öyrənməyə çağırırıq, siyahıya dəyişiklik edilməsi tələbi sentyabrın 16-sı da daxil olmaqla mümkündür
Mərkəzi Seçki Komissiyası seçiciləri Seçicilərin Vahid Siyahısında məlumatları yoxlamağa çağırır.
MSK-nın mətbuat katibi Natia İoselianinin brifinqdə bəyan etdiyi kimi, bu məqsədlə seçicilər üçün bir sıra xidmətlər əlçatandır, o cümlədən mobil tətbiqdən istifadə etməklə vahid siyahıda məlumatları yoxlamaq mümkündür.
“Oktyabrın 4-də munisipalitet orqanları seçkiləri keçiriləcək. Gürcüstan vətəndaşları proporsional, eləcə də majoritar sistemlə 64 şəhər məclisinin 2058 üzvünü və 64 meri seçəcəklər. Seçki prosesinin düzgün şəkildə keçməsini təmin etmək üçün ölkə miqyasında ümumilikdə 3051 seçki məntəqəsi açılacaq, onlardan 2284 seçki məntəqəsində səsvermə elektron qaydada, 767 seçki məntəqəsində isə ənənəvi qaydada keçiriləcək.
Seçicilərin seçki hüququndan maneəsiz və tam şəkildə istifadə edə bilmələri üçün əvvəlcədən məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.
Bu məqsəd üçün Seçki Administrasiyası seçiciləri öz məlumatlarını vaxtında yoxlamağa və seçki məntəqələrinin harada yerləşdiyini öyrənməyə çağırır. Seçicilərin siyahısında dəyişiklik edilməsi tələbi sentyabrın 16-sı da daxil olmaqla mümkündür.
Seçki Administrasiyası seçicilərə vahid siyahıdakı məlumatları yoxlamaq üçün bir sıra xidmətlər təklif edir. O cümlədən, məlumatların yoxlanılması voters.cec.gov.ge veb saytında, sürətli ödəniş aparatı və mobil tətbiqdən istifadə etməklə mümkündür. Mobil tətbiq xidmətindən faydalanmaq üçün “Voters Georgia – Cesko” tətbiqini yükləmək lazımdır, müvafiq sahədə şəxsi nömrə və soyadınızı daxil etməli və özünüzün və ailə üzvlərinizin məlumatlarını yoxlaya, eləcə də xəritə vasitəsilə seçki məntəqəsinin ünvanını görə və oktyabrın 4-də harada səs verməli olduğunuzu öyrənə bilərsiniz. Qeyd etmək lazımdır ki, etnik azlıqların kompakt şəkildə məskunlaşdığı regionlarda yaşayan seçicilər MSK-nın veb saytında Seçicilərin Vahid Siyahısında öz məlumatlarını həm Azərbaycan, həm də erməni dillərində yoxlaya bilərlər. Bu isə öz növbəsində bərabər imkanların təmin olunmasının mühüm standartıdır.
Buradaca xatırladaq ki, Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş şəxs, əgər onun qeydiyyat ünvanı Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumat bazasına əsasən Gürcüstanın işğal olunmuş ərazisindədirsə, Seçicilərin Vahid Siyahısına faktiki yaşayış yeri üzrə daxil edilir. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılan və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin qərarı ilə qeydiyyatı etibarsız hesab edilən Gürcüstan vətəndaşına gəlincə, son qeydiyyat yeri (ünvanı) və ya faktiki (müvəqqəti) yaşayış yeri (ünvanı) üzrə Seçicilərin Vahid Siyahısına daxil edilir. Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumat bazasına əsasən ünvanı göstərilmədən qeydiyyata alınan Gürcüstan vətəndaşları isə Agentliyin elektron məlumat bazasında mövcud faktiki (müvəqqəti) yaşayış yeri (ünvanı) üzrə Seçicilərin Vahid Siyahısına daxil edilirlər.
Bununla yanaşı, hüquqi ünvanı və ünvanı göstərilmədən qeydiyyatı olan şəxslər dəyişiklik edilməsi məqsədilə Ədliyyə Evinə (Dövlət Xidmətlərinin İnkişafı Agentliyi), məcburi köçkün düşmüş şəxslər isə faktiki yaşayış ünvanını dəyişmək üçün Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə müraciət etməlidirlər” – Natia İoseliani bildirib.