MSK - Seçiciləri fəal olmağa və seçkilərə gəlməyə səsləyirik, həmçinin iştirakçı tərəflərə müraciət edirik, seçki prosesinin dinc və azad şəraitdə keçirilməsinə kömək etsinlər
Gürcüstan miqyasında bütün seçki məntəqələri açılıb, səsvermə başlayıb. Seçki prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasında ilk məlumat brifinqi keçirilib.
MSK-nın mətbuat katibi Natia İoselianinin qeyd etdiyi kimi, munisipalitet orqanlarının 4 oktyabr seçkiləri üçün seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir.
“Seçki məntəqələri açılıb, səsvermə başlayıb. Bu gün munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər məclisi) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin seçkiləri keçirilir. Seçki məntəqələri açılıb. Səsvermə səhər saat 08:00-da başlayıb.
Bu gün Gürcüstan vətəndaşları proporsional, eləcə də majoritar sistemlə 64 şəhər məclisinin 2 058 üzvünü və 64 meri seçəcəklər.
Munisipalitet orqanlarının 4 oktyabr seçkiləri üçün seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir.
3 130 348 seçici elektron texnologiyaların istifadəsi ilə seçkilərdə iştirak edəcək. Bu il ilk dəfə 47 000-ə qədər gəncə seçkilərdə iştirak imkanı veriləcək. Daşınan seçki qutusu siyahısında 60 754 seçici var.
Seçkiləri 34 000-ə qədər seçki administratoru idarə edəcək.
Buradaca, xatırlatmaq istərdim ki, seçki məntəqəsinə gələn seçicilər Gürcüstan vətəndaşının etibarlı şəxsiyyət vəsiqəsi və ya pasportunu özləri ilə götürməlidirlər” – İoseliani qeyd edib.
Onun sözlərinə əsasən, ümumilikdə 3061 seçki məntəqəsi seçicilərə xidmət göstərir, onlardan 2284 seçki məntəqəsində səsvermə elektron, 777 seçki məntəqəsində isə ənənəvi qaydada keçirilir. Onların arasında istisna halda yaradılmış penitensiar müəssisələrdə açılan on seçki məntəqəsi var.
Bununla yanaşı, seçki prosesini 28 beynəlxalq təşkilatın 80-dən çox müşahidəçisi, 27 yerli təşkilatın 8 000-dən çox müşahidəçisi müşahidə edir, həmçinin 73 media vasitəsinin minə qədər nümayəndəsi prosesi işıqlandırılır.
MSK-nın mətbuat katibinin bəyanatına əsasən, Seçki Administrasiyası seçkilərin qanunvericiliyə əməl olunmaqla, şəffaf və yüksək peşəkar səviyyədə idarə edilməsinə tam hazırdır.