MSK sədrliyinə namizədlər Parlamentdə lazım olan dəstəyi yenə qazana bilmədilər
MSK sədrliyi və üzvülüyünə namizədlərinə bu gün ikinci dəfə səsə qoyuldu, lakin namizədlər Parlamentdə lazım olan dəstəyi yenə qazana bilmədilər.
Daha dəqiq olaraq, MSK sədrliyinə namizəd, Giorgi Kalandarişvilini 83 deputat dəstəklədi, 11 deputat isə, əleyhinə səs verdi.
MSK sədrliyinə ikinci namizəd, Giorgi Santurianinin dörd deputat dəstəklədi, 11 deputat isə, əleyhinə səs verdi.
MSK sədrini və ya üzvünü beş illik müddətlə təsdiq etmək üçün səslərin 2/3 lazımdır, yəni ən azından 100 deputatın dəstəyi lazımdır. Müvafiq olaraq, MSK sədrliyinə namizədlərin siyahısı yenidən səsverməyə çıxarılacaq. Parlament namizədləri dörd dəfə səsə qoya bilər. İlk dəfədə beş illik müddətlə təsdiq olunmaq üçün 00 deputatın dəstəyi lazımdır.
Yetərli olmayan səslər təqdirində, səsvermə yenidən təyin edilir, burada da yenə 100 səsin səfərbərliyi mütləqdir. Əgər yenə lazın olan səs toplanmasa, artıq bu dəfə 90 səs yetərli olur. Əgər hər üç halda lazım olan səslərin səfərbərliyi baş vermədisə, yekunda namizədlər siyahı çoxluğu ilə təsdiq olunacaqlar, lakin 5 illiyinə deyil, 6 aylığına seçiləcəklər. Sonra isə, proses yenidən keçiriləcək.