MSK Qiorqi Qaxarianın ərizəsi əsasında partiyanın səkkiz üzvünün seçki qeydiyyatını ləğv etdi və partiya siyahısından çıxardı
MSK Qiorqi Qaxarianın ərizəsi əsasında partiyanın səkkiz üzvünün seçki qeydiyyatını ləğv etdi və partiya siyahısından çıxardı

 

Mərkəzi Seçki Komissiyası Qiorqi Qaxarianın ərizəsi əsasında partiyanın səkkiz üzvünün seçki qeydiyyatını ləğv etdi və partiya siyahısından çıxardı.

Konkret olaraq, MSK “Qaxaria Gürcüstan Naminə” tərəfindən partiya siyahısı ilə təqdim edilmiş parlament üzvlüyünə aşağıdakı namizədlərin seçki qeydiyyatını ləğv edib: Elquca Xokrişvili, Kaxa Nuralidze, Vaxtanq Paçulia, Erekle Dumbadze, Qoça Tğeşelaşvili, Koka Kobaladze, Nikoloz Amirxanaşvili, Otar Şalikiani.

Gürcüstan Parlamentinin 2024-cü ilin 26 oktyabr seçkiləri üçün qeydiyyatdan keçmiş seçki subyekti “Qaxaria Gürcüstan Naminə” tərəfindən partiya siyahısı ilə təqdim edilmiş namizədlərin seçki qeydiyyatının ləğv edilməsi haqqında MSK sədrinin sərəncamı dərc edilib.