MSK prezident seçkiləri üçün bəzi seçki tədbirlərinin və müddətlərinin müəyyən edilməsi haqqında fərman qəbul edib
Gürcüstanın prezident seçkiləri 2024-cü ilin dekabrın 14-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasda 2024-cü ilin 14 dekabr tarixli Gürcüstanın prezident seçkiləri üçün bəzi seçki tədbirlərinin və müddətlərinin müəyyən edilməsi haqqında müvafiq fərman qəbul edib. Bu haqda məlumatı MSK yayır.
Onların məlumatına əsasən, MSK bu gün həm də seçki tədbirlərinin cədvəlinin müəyyən edilməsi haqqında fərman qəbul edib və eləcə də səlahiyyətli vətəndaşların siyasi birlikləri üçün Seçicilər Kollegiyasında üzv kvotalarını müəyyən edib.
“Parlament bu gün prezident seçkilərinin təyin edilməsi haqda qərar qəbul etdi. Bu il ilk dəfə Gürcüstanın prezident seçkiləri yeni sistemlə keçiriləcək.
Gürcüstan Parlamentinin bütün üzvləri (150 üzv), Abxaziya (20 üzv) və Acara (21) muxtar respublikalarının ali nümayəndəlik qurumlarının bütün üzvləri də daxil olmaqla 300 üzvdən ibarət Seçicilər Kollegiyası prezidenti beş il müddətinə seçəcək. Seçicilər Kollegiyasının geridə qalan 109 üzvünü isə müvafiq siyasi partiyalar Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən üzvi qanun əsasında müəyyən edilmiş kvotalara uyğun olaraq, yerli özünüidarəetmənin nümayəndəlik qurumlarının tərkibindən irəli sürəcəklər. Prezident seçkiləri Gürcüstan Parlamentinin binasında dekabrın 14-də saat 09:00-da başlayacaq.
Seçicilər Kollegiyasının ən azı 30 üzvü prezidentliyə namizəd irəli sürmək hüququna malik olacaq. Seçicilər Kollegiyasının tam tərkibinin üçdə ikisinin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş hesab ediləcək. Gürcüstan Prezidenti birinci turda seçilməsə, ikinci tur həmin gün keçiriləcək və daha çox səs toplayan namizəd seçilmiş hesab ediləcək” – MSK-nın məlumatında qeyd olunub.