MSK partiyalara yerli seçkilərdə iştirakla əlaqəli prosedurları vaxtında həyata keçirmələri üçün müraciət edir
MSK partiyalara yerli seçkilərdə iştirakla əlaqəli prosedurları vaxtında həyata keçirmələri üçün müraciət edir

 

MSK bələdiyyə orqanları seçkilərində iştirak etməkdə maraqlı olan siyasi partiyaları bu hüququn əldə edilməsi üçün zəruri olan prosedurları vaxtında həyata keçirməyə çağırır.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir.

MSK-nın məlumatına əsasən, siyasi birliyin nümayəndəsi sıra nömrəsini tələb etmək məqsədilə iyulun 17-dən gec olmayaraq komissiyaya ərizə təqdim etməlidir.

“Bələdiyyənin nümayəndəlik orqanı – Sakrebulo və özünü idarə edən şəhərin/özünü idarə edən icmanın merinin növbəti seçkiləri 2025-ci ilin oktyabrın 4-də – oktyabrın ilk şənbə günü keçiriləcək.

MSK bələdiyyə orqanları seçkilərində iştirak etməkdə maraqlı olan siyasi partiyaları bu hüququn əldə edilməsi üçün zəruri olan prosedurları vaxtında həyata keçirməyə çağırır.

Xatırladaq ki, Gürcüstan Seçki Məcəlləsinin 38[1]-ci maddəsinə uyğun olaraq, sıra nömrəsini tələb etmək məqsədilə səlahiyyətli siyasi birliyin nümayəndəsi cari ilin iyulun 17-dən gec olmayaraq MSK-ya ərizə təqdim etməlidir” – MSK-nın bəyanatında deyilir.