MSK partiyalara munisipalitet orqanlarının seçkilərində iştirak hüququ əldə etmək üçün prosedurları izah edir
MSK partiyalara munisipalitet orqanlarının seçkilərində iştirak hüququ əldə etmək üçün prosedurları izah edir

 

MSK partiyalara munisipalitet orqanlarının seçkilərində iştirak hüququ əldə etmək üçün prosedurları izah edir. Mərkəzi Seçki Komissiyası munisipalitet orqanlarının seçkilərində iştirak etmək istəyən partiyaları bu hüququ əldə etmək üçün bütün zəruri prosedurları vaxtında həyata keçirməyə çağırır.

“Məlum olduğu kimi, munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo
( şəhər şurası) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin növbəti seçkiləri 2025-ci ilin oktyabr ayının ilk şənbəsi (4 oktyabr) keçiriləcək.

Mərkəzi Seçki Komissiyası munisipalitet orqanlarının seçkilərində iştirak etmək istəyən siyasi partiyaları bu hüququ əldə etmək üçün bütün zəruri prosedurları vaxtında həyata keçirməyə çağırır.

Gürcüstanın üzvi qanununun “Gürcüstanın Seçki Məcəlləsi”nin 142-ci maddəsinin birinci bəndinə uyğun olaraq, seçkilərdə iştirak hüququ əldə etmək üçün partiyanın rəhbər şəxsi (şəxsləri) Mərkəzi Seçki Komissiyasının (CESKO-nun) sədrinə ərizə ilə müraciət etməlidir:

a) Sakrebulo (şəhər şurası) seçkilərinin təyin olunmasından sonra, seçki gününə qədər ən gec 57-ci gün, əgər aşağıdakı şərtlərdən birinə cavab verirsə:
a.a) son parlament seçkilərində qeydiyyatdan keçirilmişdi;
a.b) seçkilərin təyin olunma gününə qədər Gürcüstan Parlamentində təmsilçisi var;
b) munisipalitet orqanlarının seçkilərinin keçirildiyi ilin 1 yanvarından 14 iyulu da daxil olmaqla, əgər yuxarıda göstərilən heç bir şərti təmin etmirsə.

Seçki Məcəlləsinin 142-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində müəyyən edilmiş şərtlərdən heç birini təmin etməyən partiyaya ərizə təqdim etdikdən dərhal sonra dəstəkləyicilərin siyahısının nümunəsi verilir. Partiya, dəstəkləyicilərin siyahısının nümunəsini aldığı gündən 60 gün ərzində, lakin 1 avqustdan gec olmayaraq, MSK-ya munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər şurası) seçkilərində partiyanın iştirakını dəstəkləyən azı 25 000 seçicinin siyahısını təqdim etməlidir. Dəstəkləyicilərin siyahısını MSK-nın müvafiq xidməti Seçki Məcəlləsinin 38-ci maddəsində müəyyən edilən qaydada və təyin edilmiş müddətdə yoxlayır. Seçki dövründə MSK-nın müvafiq xidməti siyahılar təqdim edildikdən 2 gün ərzində dəstəkləyicilərin siyahılarını yoxlayır və nəticəni MSK-nın sədrinə təqdim edir.

Gürcüstanın Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs – İctimai Reyestr Milli Agentliyi tərəfindən MSK-ya ərizənin təqdim olunmasından əvvəl son on gün ərzində vətəndaşların siyasi birləşmələri (partiyalar) reyestrindən, partiyanın rəhbərliyi/təmsilçiliyinin səlahiyyətli şəxsinin (şəxslərinin) göstərişi ilə verilmiş çıxarış ərizəyə əlavə edilməlidir. Əlavə məlumata ehtiyac olması halında, bizimlə əlaqə saxlayın: 2 51 00 51″ – MSK-nın məlumatında qeyd olunub.