MSK - Parlament seçkilərinin nəticələri əsasında altı siyasi birlik dövlət maliyyəsi alacaq
MSK - Parlament seçkilərinin nəticələri əsasında altı siyasi birlik dövlət maliyyəsi alacaq

 
Qanunvericiliyə əsasən, 26 oktyabr parlament seçkilərinin nəticələri əsasında, yeni seçilmiş parlamentin səlahiyyətlərinin tanınmasının ikinci günündən, noyabrın 26-dan aşağıdakı yeddi siyasi birlik – “Gürcü Arzusu – Demokratik Gürcüstan”, “Vahid Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiyası Qvaramia Melia Qirçi Droa”, “Qaxaria Gürcüstan Naminə”, “Lelo Gürcüstan Naminə”, “Gürcüstanın Vətənpərvərlər Alyansı”, “Yeni Siyasi Mərkəz – Qirçi” dövlət maliyyəsi almaq hüququ qazanıb. Bu haqda məlumatı Mərkəzi Seçki Komissiyası yayır.

Mərkəzi Seçki Komissiyasının məlumatında “Dəyişiklik Naminə Koalisiyası Qvaramia Melia Qirçi Droa” partiyasının maliyyə almaqdan imtina etdiyi deyilir.

MSK-nın məlumatına əsasən, siyasi birliklərin parlament seçkilərinin nəticələri əsasında alınacaq maliyyə vəsaitindən imtina etməsi üçün müddət bu gün, dekabrın 26-sı saat 18:00-da başa çatıb.